- Türkiyə S.L.
- 00:41 13.09.2026
Türkiyə Super Liqasının V turunda “Konyaspor” doğma meydanda “Trabzonspor”u qəbul edib.
90deqiqe.Az xəbər verir ki, MEDAŞ Konya Böyükşəhər Stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesab artıq 2-ci dəqiqədə açılıb. “Konyaspor”un futbolçusu Toth fərqlənərək komandasına qələbə qazandıran yeganə qolun müəllifi olub.
Beləliklə, “Konyaspor” cari mövsümdə ilk qələbəsini əldə edib və xallarının sayını 3-ə çatdırıb.
“Trabzonspor” isə son üç turda ikinci məğlubiyyətini alıb və 7 xalla qalıb.
Qeyd edək ki, Super Liqanın VI turunda “Trabzonspor” doğma meydanda “Qalatasaray”ı qəbul edəcək. “Konyaspor” isə səfərdə “Kasımpaşa” ilə qarşılaşacaq.