14 oktyabr 2026. Çərşənbə

“Qalatasaray” “Kocaelispor” səddini keçdi


“Qalatasaray” “Kocaelispor” səddini keçdi

Türkiyə Super Liqasının V turunda “Qalatasaray” doğma meydanda “Kocaelispor”u qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, İstanbul təmsilçisi “RAMS Park”da keçirilən qarşılaşmadan 1:0 hesablı qələbə ilə ayrılıb.

“Qalatasaray”a qələbə qazandıran yeganə qolu 71-ci dəqiqədə Abdülkerim Bardakcı vurub.

Bu nəticədən sonra xallarını 13-ə çatdıran “Qalatasaray” turnir cədvəlinə başçılıq edir.

Üç oyunluq qələbə seriyası başa çatan “Kocaelispor” isə 9 xalla 6-cı pillədə qalıb.

Qeyd edək ki, VI turda “Qalatasaray” səfərdə “Trabzonspor”la qarşılaşacaq. “Kocaelispor” isə doğma meydanda “Gaziantep FK”nı qəbul edəcək.







Türkiyə S.L.

“Trabzonspor”un xalis borcu azaldı
  • Türkiyə S.L.
  • 22:35 12.10.2026
“Trabzonspor”un xalis borcu azaldı