30 oktyabr 2026. Cümə

“Fənərbağça” səfərdə xal itirdi


“Fənərbağça” səfərdə xal itirdi

Türkiyə Super Liqasının V turunda “Qaziantep” və “Fənərbağça” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, “Qaziantep Böyükşəhər” stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb. Tərəflər meydanı 0:0 hesablı heç-heçə ilə tərk ediblər.

Bu nəticədən sonra çempionluq uğrunda mübarizə aparan “Fənərbağça” 7 xalla turu başa vurub. “Qaziantep” isə xallarının sayını 8-ə çatdırıb.

Qeyd edək ki, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən əvvəl “Fənərbağça” doğma meydanda “Eyüpspor”u qəbul edəcək. “Qaziantep” isə səfərdə “Kocaelispor”la qarşılaşacaq.







Türkiyə S.L.