- Türkiyə S.L.
- 23:33 15.09.2026
Türkiyənin “Trabzonspor” klubu baş məşqçi postu üçün Tomas Raysla razılığa gəlib.
90deqiqe.Az-ın məlumatına görə, "bordo-mavililər" Fatih Təkkənin ayrılmasından sonra başladığı baş məşqçi axtarışlarını yekunlaşdırıb və almaniyalı mütəxəssislə prinsipial razılığa gəlib.
Tomas Rays müqavilə ilə bağlı son detalları müzakirə etmək və rəsmi sözləşməyə imza atmaq üçün Trabzona gəlib. Bolqarıstandan yola düşən xüsusi təyyarə ilə Trabzon Hava Limanına çatan 51 yaşlı mütəxəssisi azarkeşlər gül dəstələri ilə qarşılayıblar.
Azarkeşlər almaniyalı məşqçiyə “Trabzonspor” şərfi taxıblar. Rays tərəfdarların istəyini yerinə yetirərək onlarla birlikdə üçlük də çəkdirib.
Daha sonra klubun avtomobilinə minən mütəxəssis azarkeşlərin alqışları ilə hava limanından ayrılıb.
Qeyd edək ki, Tomas Rays daha əvvəl Türkiyədə “Samsunspor”a rəhbərlik edib. Onun “Trabzonspor”la müqavilə imzaladıqdan sonra komandanın başında ilk oyununa “Qalatasaray”a qarşı çıxacağı gözlənilir.