16 sentyabr 2026. Çərşənbə

"Başakşəhər" Nuri Şahinlə bağlı qərarını açıqladı


"Başakşəhər" Nuri Şahinlə bağlı qərarını açıqladı

Türkiyənin “Başakşəhər” klubunda baş məşqçi Nuri Şahinin gələcəyi ilə bağlı qərar verilib.

90deqiqe.Az-ın məlumatına görə, avrokuboklarda mübarizəni erkən dayandıran İstanbul təmsilçisi Türkiyə Super Liqasında da uğurlu start götürə bilməyib. “Başakşəhər” ilk 5 turda 1 qələbə və 1 heç-heçə edib, 3 dəfə isə meydanı məğlub tərk edib.

“Amedspor”a 0:5 hesablı məğlubiyyətdən sonra klub rəhbərliyi Nuri Şahinin gələcəyini müzakirə etmək üçün toplantı keçirib. Rəhbərliyin yekun qərarını klub prezidenti Göksel Gümüşdağ açıqlayıb.

Gümüşdağ "TRT Spor"a açıqlamasında komandanın nəticələrindəki dalğalanmanın normal olduğunu bildirib. Klub prezidenti Nuri Şahinə güvəndiklərini və onunla yollarını davam etdirəcəklərini vurğulayıb.

“Bütün komandalarda ola biləcək dalğalanmalar yaşadıq. Lakin hələ mövsümün 5-ci turundayıq. Nəticələr baxımından bəzi mənfi göstəricilər oldu, amma inzibati və texniki baxımdan problem yoxdur. Nuri Şahin mənim qardaşımdır və uzun müddət birlikdə yol gedəcəyimiz yol yoldaşımızdır. Nuri müəllim bizi Avropaya apardı və yenidən aparacağına heç bir şübhəmiz yoxdur. Keyfiyyətli komandamız var və bu keyfiyyəti yenidən meydanda göstərəcəyik”, – deyə o bildirib.

Beləliklə, “Başakşəhər” rəhbərliyi Nuri Şahinlə yolları ayırmaq niyyətində olmadığını rəsmən açıqlayıb.







Türkiyə S.L.

“Fənərbağça” səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:05 14.09.2026
“Fənərbağça” səfərdə xal itirdi
“Beşiktaş”dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:00 11.09.2026
“Beşiktaş”dan inamlı qələbə