18 sentyabr 2026. Cümə

“Göztəpə”dən Stoilovla bağlı gözlənilməz qərar


“Göztəpə”dən Stoilovla bağlı gözlənilməz qərar

Türkiyə Super Liqasında mövsümə uğursuz başlayan “Göztəpə” baş məşqçi Stanimir Stoilovla bağlı qərarını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, İzmir təmsilçisi bolqarıstanlı mütəxəssisin müqaviləsindəki birtərəfli uzatma bəndindən istifadə edib.

Beləliklə, Stoilovun “Göztəpə” ilə sözləşməsi 2027/28 mövsümünün sonuna qədər uzadılıb.

Qeyd edək ki, “Göztəpə” bu mövsüm Super Liqada keçirdiyi 5 oyunda 2 heç-heçə edib, 3 dəfə məğlub olub. Komanda 2 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Klub rəhbərliyi qərarla bağlı açıqlamasında hazırkı nəticələrin qarşıya qoyulan hədəflərdən uzaq olduğunu etiraf edib.

“Turnir cədvəlindəki mövqeyimizin hədəflədiyimiz və olmaq istədiyimiz yerdən uzaq olduğunu bilirik. Lakin Stanimirə və birlikdə seçdiyimiz yola olan inamım dəyişməyib.

Stanimir çox az insanın belə çətin dönəmdə qəbul edəcəyi qərarı verərək “Göztəpə”ni seçdi. O, klubumuza, layihəmizə və şəhərimizə inandı. Son üç mövsümdə birlikdə unudulmaz anlar yaşadıq. Komandanın əldə etdiyi irəliləyişdə onun böyük rolu olub.

Bu gün çətin bir prosesdən keçirik və belə bir vaxtda eyni inamı ona göstərmək növbəsi bizdədir. Məhz buna görə baş məşqçimiz Stanimir Stoilova dəstəyimizi göstərmək məqsədilə müqaviləsindəki birtərəfli uzatma bəndindən istifadə etmək qərarına gəldik.

Sənə inanırıq və bu çətinliyin öhdəsindən birlikdə gələcəyik”, - deyə klubdan bildirilib







Türkiyə S.L.

“Fənərbağça” səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:05 14.09.2026
“Fənərbağça” səfərdə xal itirdi
“Beşiktaş”dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:00 11.09.2026
“Beşiktaş”dan inamlı qələbə