3 noyabr 2026. Çərşənbə axşamı

“Kasımpaşa” doğma meydanda “Konyaspor”la heç-heçə etdi


“Kasımpaşa” doğma meydanda “Konyaspor”la heç-heçə etdi

Türkiyə Super Liqasının 6-cı turunun açılış oyununda “Kasımpaşa” doğma meydanda “Konyaspor”la qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, “Recep Tayyip Erdoğan” stadionunda keçirilən görüş qolsuz heç-heçə ilə başa çatıb.

Komandalar 90 dəqiqə ərzində hesabı aça bilməyiblər.

Bu nəticədən sonra “Kasımpaşa” xallarının sayını 10-a, “Konyaspor” isə 4-ə çatdırıb.

Qeyd edək ki, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən sonra “Kasımpaşa” səfərdə “Qalatasaray”la, “Konyaspor” isə doğma meydanda “Başakşehir”lə qarşılaşacaq.







Türkiyə S.L.