- Türkiyə S.L.
- 22:11 20.09.2026
Türkiyə Super Liqasının VI turunda “Fənərbağça” doğma meydanda “Eyüpspor”u qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, İstanbul təmsilçisi rəqibini 8:0 hesabı ilə darmadağın edərək 3 xal qazanıb. “Fənərbağça” ilk hissəni də 5:0 hesablı üstünlüklə başa vurub.
Meydan sahiblərinin qollarını Vedat Muriqi (4), Meyson Qrinvud (2), İrfan Can Kahveci və Matteo Genduzi vurublar.
Bu nəticədən sonra “Fənərbağça” xallarının sayını 10-a çatdırıb. “Eyüpspor” isə 3 xalla qalıb.
Milli komandaların oyunları ilə bağlı fasilədən sonra “Fənərbağça” Super Liqada səfərdə “Rizəspor”la qarşılaşacaq. “Eyüpspor” isə doğma meydanda “Göztəpə”ni qəbul edəcək.
Qeyd edək ki, “Fənərbağça” “Eyüpspor” üzərindəki 8:0 hesablı qələbə ilə tarixi nəticəyə imza atıb. İstanbul klubu 1994-cü ildən sonra ilk dəfə Super Liqada bir matçda 8 qol vurub. “Fənərbağça” sonuncu dəfə 1994-cü ildə “Kayserispor”u 8:0 hesabı ilə məğlub etmişdi.
Bundan əlavə, “Fənərbağça” tarixində dördüncü dəfə Super Liqa matçında 8 qol vuraraq qələbə qazanıb.