- Türkiyə S.L.
- 23:18 20.09.2026
Türkiyə Super Liqasının VI turunda “Amedspor” doğma meydanda “Beşiktaş”ı qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, Diyarbəkir stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
“Amedspor” 13-cü dəqiqədə Qift Orbanın qolu ilə hesabı açıb. 22-ci dəqiqədə Dia Saba fərqi iki topa çatdırıb.
“Beşiktaş” 55-ci dəqiqədə Duşan Vlahoviçin qolu ilə hesabı azaldıb. Lakin “Amedspor” 59-cu dəqiqədə Furkan Soylapın qolu ilə yenidən iki top fərqi yaradıb.
Qonaqlar matçın əsas vaxtına əlavə olunmuş 8-ci dəqiqədə penaltidən Orkun Kökçünün qolu ilə fərqi minimuma endirsələr də, hesabı bərabərləşdirə bilməyiblər.
Qeyd edək ki, “Amedspor”un futbolçusu Amadu Sisse 84-cü dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan qovulub.
Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran “Amedspor” Super Liqanın yeni lideri olub.
Milli komandaların oyunları ilə bağlı fasilədən sonra “Amedspor” səfərdə “Gənclərbirliyi” ilə qarşılaşacaq. İkinci məğlubiyyətini alan “Beşiktaş” isə fasilədən sonra doğma meydanda “Kocaelispor”u qəbul edəcək.