- Türkiyə S.L.
- 23:37 21.09.2026
“Trabzonspor”un hücumçusu Məhəmməd Salah yaxın aylarda İngiltərəyə səfər edəcəyi təqdirdə avtomobil idarə edə bilməyəcək.
90deqiqe.Az-ın “BBC"ə istinadən məlumatına görə, misirli futbolçunun “Rolls-Royce” markalı avtomobili sürət həddini aşdığı üçün onun sürücülük vəsiqəsi altı ay müddətinə əlindən alınıb.
Hadisə zamanı “Rolls-Royce” sürəti saatda 58 kilometrə çatdırıb. Həmin ərazidə isə maksimal sürət həddi saatda 48 kilometr olub.
Salah avtomobili kimin idarə etdiyinə dair polisə məlumat verməyib və təqsirli bilinib. O, həmçinin 1044 funt sterlinq (təxminən 1217 avro) məbləğində cərimələnib.
Sürət həddinin aşılması ilə bağlı hadisə Salahın “Liverpul”dan ayrılacağını açıqlamasından bir neçə gün sonra baş verib.
Qeyd edək ki, “Trabzonspor” ötən həftə Türkiyə çempionatında “Qalatasaray”ı 4:0 hesabı ilə məğlub edib. Məhəmməd Salah həmin görüşdə het-trik edib və bir məhsuldar ötürmə ilə yadda qalıb.