22 sentyabr 2026. Çərşənbə axşamı

Boatenq “Trabzonspor”un məşqçilər korpusuna qoşulur


Boatenq “Trabzonspor”un məşqçilər korpusuna qoşulur

“Trabzonspor” Almaniya millisinin sabiq müdafiəçisi Jerom Boatenqlə razılığa gəlib.

90deqiqe.Az-ın “Ajansspor"a istinadən məlumatına görə, 37 yaşlı keçmiş futbolçu Türkiyə klubunda baş məşqçi Tomas Raysın köməkçisi kimi fəaliyyət göstərəcək.

Tomas Rays sentyabrın ortalarında “Trabzonspor”un baş məşqçisi postunda Fatih Tekkəni əvəzləyib.

Məlumata əsasən, Boatenq bir neçə gün əvvəl Trabzona gedərək klub rəhbərliyi, o cümlədən prezident Ərtuğrul Doğanla görüş keçirib.

Almaniyalı futbolçu 2024/25 mövsümünün sonunda karyerasını başa vurub. Boatenq uzun illər “Bavariya”nın formasını geyinib. O, Münhen klubunun heyətində iki dəfə UEFA Çempionlar Liqasının qalibi olub və 9 dəfə Almaniya çempionluğu yaşayıb.

Boatenq bundan sonra məşqçilik fəaliyyətinə “Trabzonspor”da başlayacaq.







Türkiyə S.L.

“Beşiktaş” səfərdə məğlub oldu
  • Türkiyə S.L.
  • 23:18 20.09.2026
“Beşiktaş” səfərdə məğlub oldu
“Fənərbağça”dan tarixi darmadağın
  • Türkiyə S.L.
  • 22:11 20.09.2026
“Fənərbağça”dan tarixi darmadağın