29 sentyabr 2026. Çərşənbə axşamı

Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanılıb


Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanılıb

Türkiyə Futbol Federasiyasının (TFF) Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Ferhat Gündoğdu saxlanılıb.

90deqiqe.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbul mərkəzli 4 şəhərdə keçirilən əməliyyat zamanı Gündoğdu ilə birlikdə daha 6 nəfər şübhəli şəxs saxlanılıb.

Saxlanılan şəxslərlə bağlı araşdırma rəsmi sənədlərdə saxtakarlıq və mobbinq iddiaları çərçivəsində aparılır. İstintaqda hakimlərin təsnifatı, təyinatı və qiymətləndirilməsi ilə bağlı proseslərə mümkün müdaxilə iddialarının da araşdırıldığı bildirilib.

Qeyd edək ki, Ferhat Gündoğdu ilə yanaşı TFF Fəal Hakimlər Dərnəyinin rəhbəri Ferdi Karadoruk, MHK-nın sabiq sədr müavini Ahmet Şahin, sabiq üzvü Yunus Yıldırım və digər üç şəxs də saxlanılıb.







Türkiyə S.L.

“Beşiktaş” səfərdə məğlub oldu
  • Türkiyə S.L.
  • 23:18 20.09.2026
“Beşiktaş” səfərdə məğlub oldu
“Fənərbağça”dan tarixi darmadağın
  • Türkiyə S.L.
  • 22:11 20.09.2026
“Fənərbağça”dan tarixi darmadağın