- Türkiyə S.L.
- 23:12 30.09.2026
Türkiyənin “Fənərbağça” klubunun ulduz futbolçusu Marko Asensio “Turan Tovuz”la yoldaşlıq oyununda meydana çıxa bilər.
90deqiqe.Az-ın məlumatına görə, İstanbul təmsilçisinin baş məşqçisi İsmail Kartal mətbuat konfransında ispaniyalı yarımmüdafiəçinin vəziyyəti barədə məlumat verib.
Mütəxəssis Asensionun səhhətinin yaxşı olduğunu və Bakıdakı qarşılaşmada start heyətində yer alacağını bildirib.
Qeyd edək ki, “Turan Tovuz” – “Fənərbağça” oyunu oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.