- Türkiyə S.L.
- 23:12 30.09.2026
Türkiyə Futbol Federasiyası (TFF) son 5 il ərzində Super Liqa və 1-ci Liqada çıxış edən klublarda rəhbər vəzifəsində çalışmış və həmin dövrdə mərc oyunlarında iştirak etdiyi müəyyən edilən şəxslərin adlarını açıqlayıb.
90deqiqe.Az-ın Federasiyanın rəsmi saytına istinadən məlumatına görə, həmin şəxslər Peşəkar Futbol İntizam Şurasına (PFDK) göndərilib.
Siyahıda Türkiyənin 4 böyük klubundan ümumilikdə 31 rəhbər yer alıb. Onlardan 13-ü “Trabzonspor”, 10-u “Beşiktaş”, 5-i “Qalatasaray”, 3-ü isə “Fənərbağça”nın rəhbərliyində çalışıb.
“Trabzonspor”un prezidenti Ərtuğrul Doğan da mərc oyunlarında iştirak etdiyi müəyyən edilən şəxslər arasında yer alıb və PFDK-ya göndərilib.
“Beşiktaş”ın ikinci prezidenti Hakan Daltaban da eyni səbəbdən İntizam Şurasına göndərilənlər sırasındadır.
TFF bildirib ki, siyahıda yer alan şəxslərin mərc oyunlarında iştirakı onların klubda rəhbər vəzifəsində çalışdığı dövrə təsadüf edib.
Federasiyanın PFDK-ya göndərdiyi 31 rəhbərin siyahısı belədir:
