3 oktyabr 2026. Şənbə

Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədrinə həbs qətimkan tədbiri seçilib


Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədrinə həbs qətimkan tədbiri seçilib

Türkiyə Futbol Federasiyasının (TFF) Hakimlər Komitəsinin sədri Ferhat Gündoğdu barəsində həbs qətimkan tədbiri seçilib.

90deqiqe.Az-ın məlumatına görə, məhkəmənin qərarı ilə Gündoğdu ilə yanaşı daha dörd nəfər barəsində də həbs qətimkan tədbiri tətbiq olunub.

İki nəfər isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Onlara ölkədən çıxış qadağası qoyulub.

Qeyd edək ki, Ferhat Gündoğdu və digər şəxslər hakimlərlə bağlı aparılan araşdırma çərçivəsində saxlanılmışdı.







Türkiyə S.L.