- Türkiyə S.L.
- 20:22 04.10.2026
Türkiyənin “Beşiktaş” klubunda keçirilən növbədənkənar seçki konqresində hazırkı prezident Serdal Adalı yenidən klub rəhbəri seçilib.
90deqiqe.Az-ın məlumatına görə, Sinan Erdem İdman Sarayında baş tutan seçkidə Serdal Adalı yeganə namizəd olub. Səsvermə prosesinin yekunlarına əsasən, Adalı istifadə olunan 3910 səsdən 3815-ni toplayaraq yenidən prezident seçilib.
Seçkidə 37 səs etibarsız sayılıb, 58 bülleten isə boş olub.
Səsvermədən sonra jurnalistlərə açıqlama verən Serdal Adalı bunları deyib:
“Xeyirli olsun. Allah bizi utandırmasın. Bundan sonrakı günlərdə inşallah daha yaxşı xidmət göstərməyə çalışacağıq. Klub ictimaiyyətinə layiq olmağa çalışacağıq”.
Qeyd edək ki, konqresdə divan sədri vəzifəsinə Özkan Burak Özmen seçilib.
Serdal Adalının rəhbərlik etdiyi yeni idarə heyətində əsas üzvlər Murat Kılıç, Uğur Fora, Leman Özgür Rodoplu, Mithat Görkem Aksoy, Aykan Aydın, Mete Düren, Orhan Özalp, Özkan Arseven, Mehmet Sarımermer və Arslan Küçükemre yer alıblar.
Ehtiyat üzvlər isə Toygun Batallı, Üzeyir Engin, Cengiz Sarıkaya, İpek Gençer Yağcı və Ziya Fırat Gültekin olub.
Serdal Adalı və yeni idarə heyəti 2028-ci ilin may ayına qədər vəzifədə olacaq.