9 oktyabr 2026. Cümə

“Qalatasaray” azlıqda qalmasına baxmayaraq qələbə qazandı


“Qalatasaray” azlıqda qalmasına baxmayaraq qələbə qazandı

Milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra Türkiyə Super Liqasının VII turu bir qarşılaşma ilə başlayıb.

90deqiqe.Az-ın məlumatına görə, “RAMS Park” stadionunda keçirilən matçda “Qalatasaray” rəqibindən üstün olub.“Qalatasaray” doğma meydanda “Kasımpaşa”nı 3:1 hesabı ilə məğlub edib.

Meydan sahiblərinin heyətində Abdülkerim Bardakcı 45-ci, Barış Alper Yılmaz 90-cı, Mario Lemina isə 90+6-cı dəqiqədə qol vurub. “Kasımpaşa”nın yeganə qoluna 68-ci dəqiqədə Rak-Sakyi imza atıb.

Qarşılaşmanın 65-ci dəqiqəsində “Qalatasaray”ın futbolçusu Lukas Torreyra VAR yoxlamasından sonra birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.

Qələbə sayəsində xallarını 16-ya çatdıran “Qalatasaray” turnir cədvəlindəki mövqeyini möhkəmləndirib. Mövsümdə ilk məğlubiyyətini alan “Kasımpaşa” isə 10 xalla qalıb.







Türkiyə S.L.