- Türkiyə S.L.
- 22:07 10.10.2026
Türkiyə Super Liqasının VII turunda “Fənərbağça” səfərdə “Çaykur Rizəspor”la qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, Rizə şəhərindəki “Çaykur Didi” stadionunda keçirilən görüş İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qonaqların heyətində 12-ci dəqiqədə Marko Asensio hesabı açıb. Oyunun sonlarına yaxın isə “Fənərbağça” daha iki qol vurub. 83-cü dəqiqədə İrfan Can Kahveci fərqlənib, 87-ci dəqiqədə isə Oğuz Aydın yekun hesabı müəyyənləşdirib – 3:0.
Qeyd edək ki, bu qələbədən sonra “Fənərbağça” xallarının sayını 13-ə çatdırıb. “Çaykur Rizəspor” isə 10 xalla qalıb.