12 oktyabr 2026. Bazar ertəsi

“Beşiktaş”ın ulduzundan XXI əsrin rekordu


“Beşiktaş”ın ulduzundan XXI əsrin rekordu

“Beşiktaş”ın hücumçusu Duşan Vlahoviç İstanbul klubunda XXI əsrin rekorduna imza atıb.

90deqiqe.Az-ın məlumatına görə, 26 yaşlı forvard Türkiyə Super Liqasının VII turunda “Kocaelispor”la görüşün 31-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirərək ardıcıl dördüncü çempionat matçında fərqlənib.

Beləliklə, serbiyalı futbolçu 2000/2001-ci illər mövsümündən bəri “Beşiktaş”ın heyətində ilk dörd start oyununda qol vuran ilk futbolçu olub. 

Qarşılaşma İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra “Beşiktaş” turnir cədvəlində 15 xalla ikinci pilləyə yüksəlib.

Qeyd edək ki, Vlahoviç bundan əvvəl dörd il İtaliyanın “Yuventus” klubunda çıxış edib. Turin təmsilçisi serbiyalı hücumçunun transferi üçün 70 milyon avrodan artıq vəsait ödəyib.







Türkiyə S.L.