12 oktyabr 2026. Bazar ertəsi

“Trabzonspor”un xalis borcu azaldı


“Trabzonspor”un xalis borcu azaldı

“Trabzonspor” klubu borcu ilə bağlı açıqlama yayıb.

90deqiqe.Az-ın məlumatına görə, Trabzon təmsilçisinin Kamuyu Aydınlatma Platformuna (KAP) təqdim etdiyi məlumata əsasən, 2026-cı il avqustun 31-nə olan vəziyyətə görə xalis borc 2,9 milyard lirə təşkil edib.

Açıqlamada bildirilir ki, qısamüddətli və uzunmüddətli borclar, 6,7 milyard lirə həcmində dövriyyə aktivləri, müsadirə vəsaitlərindən əldə olunan 2,6 milyard lirəlik alacaq və inflyasiya uçotu ilə bağlı 1,8 milyard lirəlik nağd pul çıxışı yaratmayan əməliyyatlar nəzərə alındıqdan sonra klubun xalis borcu 2,9 milyard lirə olaraq hesablanır.

Klubun məlumatına görə, ictimaiyyətə əvvəllər açıqlanan 4,9 milyard lirəlik müsadirə alacağı ümumi borcdan çıxılıb.

Bununla yanaşı, “Trabzonspor” hesabat tarixinə qədər yaranmış transfer borclarının gələcək dövrlər üzrə bütün məbləğlərinin də borc hesablamasına daxil edildiyini vurğulayıb.

Qeyd edək ki, klubun açıqlamasına əsasən, xalis borc 4,9 milyard lirədən 2,9 milyard lirəyə düşüb.







Türkiyə S.L.

“Trabzonspor”un xalis borcu azaldı
  • Türkiyə S.L.
  • 22:35 12.10.2026
“Trabzonspor”un xalis borcu azaldı