- Türkiyə S.L.
- 23:56 14.10.2026
Türkiyə Super Liqasının VIII turunda keçiriləcək “Trabzonspor” – “Beşiktaş” matçında qonaq komandanın azarkeşlərinin stadiona girişinə icazə verilib.
90deqiqe.Az-ın məlumatına görə, beləliklə, altı illik fasilədən sonra “Beşiktaş” azarkeşləri Trabzondakı “Papara Park” stadionunda komandalarını dəstəkləyə biləcəklər.
Məlumata görə, iki klubun oyunlarında altı ildir tətbiq edilən səfər azarkeşləri qadağası İl Təhlükəsizlik Şurasının qərarı ilə aradan qaldırılıb.
Qeyd edək ki, bundan əvvəl həm “Trabzonspor”, həm də “Beşiktaş” qadağanın ləğv olunmasına çağırış etmişdi.
Xatırladaq ki, “Trabzonspor” – “Beşiktaş” qarşılaşması oktyabrın 19-da, bazar ertəsi Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.