18 oktyabr 2026. Bazar günü

“Qalatasaray” və “Fənərbağça”dan qələbə


“Qalatasaray” və “Fənərbağça”dan qələbə

Türkiyə Super Liqasının VIII turunda “Qalatasaray” səfərdə “Gənclərbirliyi”ni, “Fənərbağça” isə doğma meydanda “Alanyaspor”u məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, “Eryaman” stadionunda keçirilən “Gənclərbirliyi” – “Qalatasaray” qarşılaşmasının ilk hissəsi qolsuz başa çatıb. Fasilədən sonra meydana daxil olan Deniz Gül 88-ci dəqiqədə fərqlənərək İstanbul təmsilçisinə 1:0 hesablı qələbə qazandırıb.

Bu nəticədən sonra xallarının sayını 19-a çatdıran “Qalatasaray” turnir cədvəlindəki mövqeyini möhkəmləndirib. “Gənclərbirliyi”nin aktivində isə 8 xal var.

Digər görüşdə “Fənərbağça” “Alanyaspor”u 3:0 hesabı ilə üstələyib. Kadıköydə keçirilən matçda Romelu Lukaku 40-cı, Kerem Aktürkoğlu 71-ci, Vedat Muriqi isə 87-ci dəqiqədə qol vurub.

Qeyd edək ki, “Fənərbağça”nın futbolçusu Meyson Qrinvud 18-ci dəqiqədə penaltidən yararlana bilməyib.

Qələbədən sonra xallarını 16-ya çatdıran “Fənərbağça” növbəti turda səfərdə “Qalatasaray”la qarşılaşacaq. 12 xalı olan “Alanyaspor” isə “Kocaelispor”u qəbul edəcək.







Türkiyə S.L.

“Trabzonspor”un xalis borcu azaldı
  • Türkiyə S.L.
  • 22:35 12.10.2026
“Trabzonspor”un xalis borcu azaldı