18 oktyabr 2026. Bazar günü

“Başakşəhər” “Qaziantep”i məğlub etdi


“Başakşəhər” “Qaziantep”i məğlub etdi

Türkiyə Super Liqasının VIII turunda “Başakşəhər” doğma meydanda “Qaziantep”ə 2:1 hesabı ilə qalib gəlib.

90deqiqe.Az-ın məlumatına görə, “Fatih Terim” stadionunda keçirilən görüşdə meydan sahiblərinin heyətində Eldor Şomurodov 7-ci dəqiqədə hesabı açıb. Serdar Dursun 66-cı dəqiqədə “Qaziantep”in bərabərlik qolunu vurub. Umut Günəş isə 82-ci dəqiqədə fərqlənərək “Başakşəhər”ə qələbə qazandırıb.

Bu nəticədən sonra “Başakşəhər” xallarını 11-ə çatdırıb. “Qaziantep”in aktivində isə 8 xal var.

Növbəti turda Nuri Şahinin rəhbərlik etdiyi “Başakşehir” səfərdə “Beşiktaş”la qarşılaşacaq. “Qaziantep” isə “Ərzurumspor”u qəbul edəcək.







Türkiyə S.L.

“Trabzonspor”un xalis borcu azaldı
  • Türkiyə S.L.
  • 22:35 12.10.2026
“Trabzonspor”un xalis borcu azaldı