- Türkiyə S.L.
- 20:29 21.10.2026
Türkiyənin “Fənərbağça” klubunun futbolçusu Marko Asensio zədə səbəbindən təxminən üç ay meydana çıxa bilməyəcək.
90deqiqe.Az-ın İstanbul təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, sol dizindən zədə alan ispaniyalı futbolçu əməliyyat olunub. Onun müalicə və reabilitasiya prosesinin təxminən üç ay davam edəcəyi gözlənilir.
Komandanın digər futbolçusu Natan Akenin isə təxminən üç həftə yaşıl meydanlardan kənarda qalacağı ehtimal olunur.
Qeyd edək ki, “Fənərbağça” ötən gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda Çexiyanın “Slaviya” klubu ilə qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.