- Türkiyə S.L.
- 23:50 23.10.2026
“Mançester Yunayted”in və İngiltərə millisinin sabiq müdafiəçisi Rio Ferdinand hazırda “Trabzonspor”da çıxış edən Məhəmməd Salahın oyununu yüksək qiymətləndirib.
90deqiqe.Az xəbər verir ki, Ferdinand bu barədə Türkiyənin “61saat” nəşrinə müsahibəsində danışıb.
“Salahı fərqləndirən yeni komandasında qazandığı statistik göstəricilər deyil, “Trabzonspor” azarkeşlərinin ona bəslədiyi böyük sevgidir. Bütün şəhər onun adını səsləndirir. Bu, onun “Liverpul”da oynadığı dövrdəki mənzərəni xatırladır”, – deyə Ferdinand bildirib.
İngiltərəli sabiq futbolçu misirli hücumçunun “Liverpul”dakı çıxışlarına da toxunub.
“O, “Liverpul” tarixinin ən yaxşı futbolçularından biridir və karyerasının müəyyən mərhələsində “Qızıl top” mükafatına layiq idi. Salah istedadı, statistik göstəriciləri və qazandığı nailiyyətlərlə seçilən müstəsna futbolçudur.
Onun yeni macərası möhtəşəm karyerasında daha böyük uğurlar qazanmaq və yeni titullar əldə etmək üçün bir fürsətdir”, – deyə Ferdinand əlavə edib.
Qeyd edək ki, 34 yaşlı Məhəmməd Salah cari mövsümdə klub səviyyəsində keçirdiyi 12 oyunda 10 qol vurub və beş məhsuldar ötürmə edib.