24 oktyabr 2026. Şənbə

“Fənərbağça”nın borcu üç ayda 84 milyon avro azalıb


“Fənərbağça”nın borcu üç ayda 84 milyon avro azalıb

Türkiyənin “Fənərbağça” klubunun İdarə Heyətinin üzvü Tanju Kaya yüksək divan şurasının iclasında klubun borcunun məbləğini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, Kaya 2026-cı ilin avqust ayına olan məlumata görə, İstanbul təmsilçisinin xalis borcunun 164 milyon avro təşkil etdiyini bildirib.

O, Aziz Yıldırımın rəhbərliyinin ilk üç ayı üzrə maliyyə göstəricilərini də açıqlayıb. Həmin dövrdə klubun gəlirləri 145 milyon avro, xərcləri isə 133 milyon avro olub. Beləliklə, hesabat dövrü 12 milyon avro gəlir artıqlığı ilə başa çatıb.

Kaya borcun son üç ayda 84 milyon avro azaldığını vurğulayaraq deyib:

“‘Fənərbağça’ İdman Klubunun 31 may 2026-cı il tarixinə likvid aktivlər çıxıldıqdan sonra 248 milyon avro təşkil edən xalis borcu Aziz Yıldırımın rəhbərliyinin ilk üç ayı ərzində, 31 avqust 2026-cı il tarixinə 164 milyon avroya enib. Beləliklə, üç ay ərzində borc 84 milyon avro azalıb”.







Türkiyə S.L.

“Salah “Qızıl top”a layiq idi”
  • Türkiyə S.L.
  • 23:50 23.10.2026
“Salah “Qızıl top”a layiq idi”