24 oktyabr 2026. Şənbə

“İsmail Kartal mən gedənə qədər komandada qalacaq”


“İsmail Kartal mən gedənə qədər komandada qalacaq”

“Fənərbağça” klubunun prezidenti Əziz Yıldırım baş məşqçi İsmail Kartalın gələcəyi ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, klub rəhbəri yüksək divan şurasının iclasında İsmail Kartalın mövsümün sonunadək komandada qalacağını bildirib.

Əziz Yıldırım “Qalatasaray”la derbidə qələbə qazanılacağı təqdirdə İsmail Kartalla yolların ayrılacağı barədə iddialara münasibət bildirib və çalışdırıcıya dəstək verib.

Kartalı tənqid edənlərə cavab verən Yıldırım deyib:

“İsmail Kartal mənim planlarımda yox idi. Aykut Kocamanı gətirməmək üçün hər iclasa gedəndə mənimlə danışmırdınız? Hamınız birlikdə ‘Aykut olmasın’ demirdiniz? Bəs, nə istəyirsiniz?”

Yıldırım İsmail Kartalın mövsümün sonunadək komandada qalacağını vurğulayaraq əlavə edib:

“İsmail Kartal uğursuz olsa, bir daha buraya gəlməyəcək. Mən də gəlməyəcəyəm. Amma may ayına qədər səbir edin”.

Klub prezidenti İsmail Kartal özü ayrılmaq istəmədiyi müddətdə onu vəzifəsindən göndərməyəcəyini də bildirib:

“Praqa ‘Slaviya’sı ilə oyunda ‘İsmail Kartal istefa!’ deyə qışqırırdılar. İsmail Kartal istefa versə belə, mən onu göndərmərəm. Mən gedənə qədər — İsmail Kartal özü ayrılmaq istəməsə — onu göndərməyəcəyəm. Bunu bütün ‘Fənərbağça’ azarkeşləri bilsin. O, mənimlə birlikdə klubdan ayrılacaq”.







Türkiyə S.L.

“Salah “Qızıl top”a layiq idi”
  • Türkiyə S.L.
  • 23:50 23.10.2026
“Salah “Qızıl top”a layiq idi”