- Türkiyə S.L.
- 15:40 24.10.2026
Türkiyənin “Beşiktaş” klubu futbolçusu Ümit Akdağın sağ əlində sınıq aşkarlanması ilə bağlı məlumat yayıb.
90deqiqe.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, gənc müdafiəçinin sağ əlində yerdəyişməsiz metakarpal sümük sınığı müəyyən edilib.
“Futbolçumuz Ümit Akdağın sağ əlində metakarpal sümüyün yerdəyişməsiz sınığı aşkarlanıb. Oyunçumuzun müalicəsinə tibbi heyətimiz tərəfindən başlanılıb”, – deyə klubun açıqlamasında qeyd olunub.
Zədəsi səbəbindən Ümit Akdağın təxminən bir həftə meydana çıxa bilməyəcəyi bildirilir. O, bu mövsüm “Beşiktaş”ın heyətində iki oyunda iştirak edib.