25 oktyabr 2026. Bazar günü

“Konyaspor” “Gənclərbirliyi”ni iki qolla məğlub etdi


“Konyaspor” “Gənclərbirliyi”ni iki qolla məğlub etdi

Türkiyə Super Liqasının 9-cu turunda “Konyaspor” doğma meydanda “Gənclərbirliyi”ni 2:0 hesabı ilə məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, Konya Böyükşəhər Stadionunda keçirilən qarşılaşmada meydan sahiblərinin hər iki qolunu müdafiəçi Çidozi Avaziyem vurub. O, matçın 43-cü və 56-cı dəqiqələrində fərqlənərək komandasına qələbə qazandırıb.

Bu nəticədən sonra hər iki komandanın hesabında 8 xal var.

Qeyd edək ki, növbəti turda “Konyaspor” “Qalatasaray”ı qəbul edəcək. “Gənclərbirliyi” isə “Alanyaspor”la qarşılaşacaq.







Türkiyə S.L.

“Salah “Qızıl top”a layiq idi”
  • Türkiyə S.L.
  • 23:50 23.10.2026
“Salah “Qızıl top”a layiq idi”