26 oktyabr 2026. Bazar ertəsi

“Beşiktaş” “Başakşəhər”i məğlub etdi


“Beşiktaş” “Başakşəhər”i məğlub etdi

Türkiyə Super Liqasının 9-cu turunda “Beşiktaş” doğma meydanda “Başakşəhər”i 2:0 hesabı ilə məğlub edib.

90deqiqe.Az xəbər verir ki, “Tüpraş” stadionunda keçirilən qarşılaşmada meydan sahibləri qələbəni ikinci hissədə vurulan qollar sayəsində təmin ediblər.

“Beşiktaş”ın heyətində Hyon-Gyu O 76-cı dəqiqədə, Olaitan isə 89-cu dəqiqədə fərqlənib.

Bu qələbədən sonra “Beşiktaş” xallarının sayını 18-ə çatdırıb. “Başakşəhər” isə 11 xalla kifayətlənib.

Növbəti turda “Beşiktaş” səfərdə “Kasımpaşa” ilə qarşılaşacaq. “Başakşəhər” isə “Samsunspor”u qəbul edəcək.







Türkiyə S.L.

“Salah “Qızıl top”a layiq idi”
  • Türkiyə S.L.
  • 23:50 23.10.2026
“Salah “Qızıl top”a layiq idi”