- Türkiyə S.L.
- 22:13 26.10.2026
Türkiyə Super Liqasının 9-cu turunda “Trabzonspor” səfərdə “Çaykur Rizəspor”u 4:3 hesabı ilə məğlub edib.
90deqiqe.Az xəbər verir ki, “Çaykur Didi” stadionunda keçirilən qarşılaşmada yeddi qol vurulub. Meydan sahibləri hesabda 2:0 önə keçsələr də, “Trabzonspor” geridönüş edərək qələbə qazanmağı bacarıb.
Qonaqların heyətində Dju dubl edib. Aral Şimşir və Melih Kabasakal da hərəyə bir qol vurublar. “Çaykur Rizəspor”un qollarını isə Borelli iki dəfə, Laçi bir dəfə rəqib qapısından keçirib.
Ardıcıl dördüncü qələbəsini qazanan “Trabzonspor” xallarının sayını 19-a çatdırıb. “Çaykur Rizəspor” isə 10 xalla qalıb.