- Türkiyə S.L.
- 11:02 30.10.2026
Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi “Fənərbağça” və “Qalatasaray” klublarının futbolçularını cəzalandırıb.
90deqiqe.Az-ın TFF-nin rəsmi saytına istinadən məlumatına görə, qərar komandalar arasında Türkiyə Super Liqasının oyununda baş verən insidentlə bağlıdır. Qarşılaşma zamanı futbolçular arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib.
Hadisəyə görə, “Fənərbağça”nın futbolçusu Arçi Braun üç, “Qalatasaray”ın müdafiəçisi Abdülkerim Bardakçı isə iki oyunluq diskvalifikasiya olunub.
Qeyd edək ki, komandalar arasında keçirilən qarşılaşma “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.