- Türkiyə S.L.
- 23:14 30.10.2026
Türkiyə Super Liqasının 10-cu turunun açılış matçında “Qalatasaray” səfərdə “Konyaspor”la qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, Konya Böyükşəhər Bələdiyyə Stadionunda keçirilən görüş İstanbul təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
“Qalatasaray”ın heyətində Viktor Osimhen, Yunus Akgün, Aleksey Batrakov və Rafael Leao fərqləniblər. Batrakov və Leao Türkiyə çempionatında ilk qollarını vurublar.
Bu qələbədən sonra xallarını 25-ə çatdıran “Qalatasaray” liderliyini davam etdirir. “Konyaspor” isə 8 xalla kifayətlənib.