31 oktyabr 2026. Şənbə

Qabriel Sara “Qalatasaray”da 100-cü oyununa çıxıb


Qabriel Sara “Qalatasaray”da 100-cü oyununa çıxıb

“Qalatasaray” Türkiyə Super Liqasının 10-cu turunun açılış matçında səfərdə “Konyaspor”u 4:0 hesabı ilə məğlub edərək liderliyini davam etdirib.

90deqiqe.Az-ın məlumatına görə, matça start heyətində başlayan Qabriel Sara İstanbul təmsilçisinin heyətində 100-cü oyununu keçirib. Braziliyalı futbolçu qarşılaşmada iki məhsuldar ötürmə ilə yadda qalıb.

Bu matçla Super Liqada 68-ci oyununa çıxan Sara, həmçinin UEFA Çempionlar Liqasında 15, UEFA Avropa Liqasında 9, Çempionlar Liqasının təsnifat mərhələsində 2, Türkiyə Kubokunda 4 və Türkiyə Superkubokunda 2 dəfə meydana çıxıb.

27 yaşlı braziliyalı yarımmüdafiəçi “Qalatasaray”ın heyətində ümumilikdə 10 qol vurub və 20 məhsuldar ötürmə edib.







Türkiyə S.L.