- Türkiyə S.L.
- 22:38 31.10.2026
Türkiyə Super Liqasının 10-cu turunda “Fənərbağça” doğma meydanda “Göztəpə”yə 1:2 hesabı ilə uduzub.
90deqiqe.Az-ın məlumatına görə, Kadıköydə keçirilən qarşılaşmada İzmir təmsilçisi əzmkar qələbə qazanıb.
“Fənərbağça”nın yeganə qolunu 45+1-ci dəqiqədə Matteo Genduzi vurub. “Göztəpə”yə qələbə qazandıran qolları isə 76-cı dəqiqədə Sinkler Armstronq, 78-ci dəqiqədə Andre Henrike vurublar.
Ardıcıl ikinci məğlubiyyətini alan İstanbul klubu 16 xalda qalıb. “Göztəpə” isə bu qələbə sayəsində xallarının sayını 15-ə çatdırıb.
Qeyd edək ki, milli komandaların oyunları ilə əlaqədar fasilədən əvvəl “Fənərbağça” əvvəlcə UEFA Çempionlar Liqasında doğma meydanda “Liverpul”la, daha sonra çempionatda səfərdə “Çorum FK” ilə qarşılaşacaq. “Göztəpə” isə öz meydanında “Başakşehir”i qəbul edəcək.