1 noyabr 2026. Bazar günü

“Qalatasaray”ın ikinci prezidenti Metin Öztürk istefa verib


“Qalatasaray”ın ikinci prezidenti Metin Öztürk istefa verib

“Qalatasaray” klubunun ikinci prezidenti Metin Öztürk idarə heyətinin iclasında fiziki hücuma və təhqirlərə məruz qaldığını bildirərək vəzifələrindən istefa etdiyini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, Öztürk sosial şəbəkə hesabında yaydığı açıqlamada oktyabrın 27-də keçirilən idarə heyətinin iclasında baş verən hadisələrə etirazını bildirib.

O, paylaşımında vəfat etmiş anasının təhqir olunmasını və özünə qarşı fiziki hücum edilməsini qəbul edə bilməyəcəyini vurğulayıb.

“Oktyabrın 27-də keçirilən idarə heyətimizin iclasında baş verən, fiziki hücuma və vəfat etmiş anamın təhqir olunmasına çevrilən hərəkətləri nə “Qalatasaray” tərbiyəm, nə də valideynlərimdən aldığım tərbiyə qəbul etməyə imkan verir.

Bu gündən etibarən “Qalatasaray”ın İdarə Heyətindəki və kluba bağlı şirkətlərin idarə heyətlərindəki üzvlüklərimdən istefa verirəm”, – deyə Metin Öztürk bildirib.







Türkiyə S.L.