1 noyabr 2026. Bazar günü

“Amedspor” “Eyüpspor”u darmadağın edib, het-trik müəllifi “Qalatasaray”la oyunu buraxacaq


“Amedspor” “Eyüpspor”u darmadağın edib, het-trik müəllifi “Qalatasaray”la oyunu buraxacaq

Türkiyə Super Liqasının 10-cu turunda “Amedspor” doğma meydanda “Eyüpspor”u 5:1 hesabı ilə məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, Diyarbəkir stadionunda keçirilən görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb.

 “Amedspor”un qollarını 13-cü dəqiqədə Erman Krasniqi, 35-ci dəqiqədə Gift Orban, 42, 51 və 83-cü dəqiqələrdə isə Samuel Ballet vurub. Qonaqların yeganə qoluna 73-cü dəqiqədə Əhməd Abdullahi imza atıb.

Het-trik edən Samuel Ballet 90+1-ci dəqiqədə qırmızı vərəqə alıb. Bu səbəbdən futbolçu “Amedspor”un gələn həftə “Qalatasaray”la keçirəcəyi matçda meydana çıxa bilməyəcək.

Bu qələbədən sonra xallarının sayını 23-ə çatdıran Diyarbəkir təmsilçisi turnir cədvəlinin ikinci pilləsindəki mövqeyini qoruyub. Üç xalı olan “Eyüpspor” isə sonuncu – 18-ci yerdə qərarlaşıb.







Türkiyə S.L.