- Türkiyə S.L.
- 22:04 01.11.2026
Türkiyə Super Liqasının 10-cu turunda “Beşiktaş” səfərdə “Kasımpaşa” ilə qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, İstanbul təmsilçisi 2:0 hesabı ilə önə keçdiyi görüşdən 2:2 hesablı heç-heçə ilə ayrılıb.
Bu nəticədən sonra “Beşiktaş”ın mövsüm ərzində çempionatda keçirdiyi beş səfər oyununda qələbələrinin sayı cəmi birə çatıb.
“Beşiktaş” xallarının sayını 19-a, “Kasımpaşa” isə 17-yə yüksəldib.