3 noyabr 2026. Çərşənbə axşamı

Türkiyə millisinin sabiq futbolçusu Serdar Aziz karyerasını başa vurub


Türkiyə millisinin sabiq futbolçusu Serdar Aziz karyerasını başa vurub

Türkiyə millisinin sabiq müdafiəçisi Serdar Aziz futbolçu karyerasını rəsmən başa vurduğunu açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, 36 yaşlı futbolçu bu barədə özü məlumat verib. 2025-ci ilin iyulunda “Fənərbağça”dan ayrılan və həmin vaxtdan klubsuz qalan təcrübəli müdafiəçi yaşıl meydanlarla vidalaşmaq qərarına gəlib.

Serdar Aziz bundan sonra məşqçilik fəaliyyətinə başlamağı planlaşdırdığını bildirib.

Qeyd edək ki, karyerası ərzində “Bursaspor”, “Qalatasaray” və “Fənərbağça” klublarında çıxış edən müdafiəçi Türkiyə millisinin formasını da geyinib.







Türkiyə S.L.