21 iyun 2026. Bazar günü

Türkiyə klubunun baş məşqçisi 17 gündən sonra istefa verdi


Türkiyə klubunun baş məşqçisi 17 gündən sonra istefa verdi

Türkiyə Super Liqasında çıxış edən "Kayserispor" komandasının baş məşqçisi Samet Aybaba istefa verib.

Corner.az xəbər verir ki, 64 yaşlı mütəxəssis 17 gün ərzində bütün səylərinin nəticəsiz qalması səbəbindən bu addımı atdığını bildirib. 

"Futbolçuların hər şeyə biganəliyini və onlarda heç bir müsbət irəliləyişin olmadığını aşkarladım. Mənim və digər məşqçilərin klubdan hər hansı tələbi yoxdur".

Qeyd edək ki, Samet Aybaba "Kayserispor"la 1.5 illik müqavilə imzalamışdı. 







Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı