7 noyabr 2026. Şənbə

“Kocaelispor” səfərdə “Eyüpspor”a qalib gəldi


“Kocaelispor” səfərdə “Eyüpspor”a qalib gəldi

Türkiyə Super Liqasının XI turunda “Kocaelispor” səfərdə “Eyüpspor”u 2:0 hesabı ilə məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, Esenyurt Necmi Kadıoğlu stadionunda keçirilən görüşdə qonaqlar artıq 5-ci dəqiqədə Agyeinin qolu ilə hesabı açıblar. 28-ci dəqiqədə Berkan Kutlu fərqi iki topa çatdırıb.

Qarşılaşma bu hesabla başa çatıb. Qələbə sayəsində xallarının sayını 19-a yüksəldən “Kocaelispor” turnir cədvəlində mövqeyini yaxşılaşdırıb.

Çempionatın sonuncu pilləsində qərarlaşan “Eyüpspor”un isə xalsız oyunlar seriyası səkkiz matça çatıb.







Türkiyə S.L.