- Türkiyə S.L.
- 22:13 07.11.2026
Türkiyə Super Liqasının XI turunda “Qalatasaray” doğma meydanda “Amedspor”u 4:3 hesabı ilə məğlub edib.
90deqiqe.Az-ın məlumatına görə, “RAMS Park”da keçirilən görüşdə meydan sahiblərinin qollarını 7-ci dəqiqədə Rafael Leao, 45-ci dəqiqədə rəqib futbolçu Alban Lafont (öz qapısına), 59-cu dəqiqədə Aleksey Batrakov və 80-ci dəqiqədə Barış Alper Yılmaz vurublar.
Qonaqların heyətində isə Dia Saba (62), Qift Orban (65) və Yira Sor (90+2) fərqləniblər.
Bu qələbə sayəsində xallarını 28-ə çatdıran “Qalatasaray” liderliyini davam etdirir. “Amedspor” isə 23 xalla qalıb.
Fasilədən sonra “Qalatasaray” “Samsunspor”u, “Amedspor” isə “Rizespor”u qəbul edəcək.