- Türkiyə S.L.
- 22:25 07.11.2026
Türkiyə Super Liqasının XI turunda “Başakşəhər” səfərdə “Göztəpə”yə 2:1 hesabı ilə qalib gəlib.
90deqiqe.Az-ın məlumatına görə, ISONEM Park Gürsel Aksel stadionunda keçirilən görüşdə hesabı 18-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Xuan açıb. Dörd dəqiqə sonra Selke “Başakşehir”in bərabərlik qolunu vurub. İlk hissə 1:1 hesabı ilə başa çatıb.
Qarşılaşmanın taleyini 83-cü dəqiqədə Edin Vişçanın vurduğu qol həll edib. Beləliklə, İstanbul təmsilçisi səfərdə əzmkar qələbə qazanıb.
Bu nəticədən sonra “Başakşəhər” xallarının sayını 17-yə çatdırıb. Dörd oyunluq qələbə seriyası başa çatan “Göztəpə” isə 15 xalla qalıb.