- Türkiyə S.L.
- 22:25 07.11.2026
Türkiyənin “Kasımpaşa” klubu Emre Belözoğlunun gedişindən sonra baş məşqçi postuna Alfred Şroyderi təyin edib.
90deqiqe.Az-ın məlumatına görə, 54 yaşlı niderlandlı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb. Bu münasibətlə klubun Kemerburqaz bazasında təqdimat mərasimi keçirilib.
Tədbirdə “Kasımpaşa”nın baş icraçı direktoru Ceyhun Kazancı və İdarə Heyətinin üzvü Korhan Baykal da iştirak ediblər.
Şroyder son olaraq Almaniya millisində Yulian Naqelsmanın köməkçisi vəzifəsində çalışıb. Mütəxəssis məşqçilik karyerası ərzində “Tvente”, “Hoffenhaym”, “Brügge”, “Ayaks”, “Əl-Ayn”, “Əl-Nəsr” və “Əl-Diriya” klublarına rəhbərlik edib.