8 noyabr 2026. Bazar günü

“Fənərbağça” Emre Belözoğlunun rəhbərliyi altında ilk matçında 5 qol vurdu


“Fənərbağça” Emre Belözoğlunun rəhbərliyi altında ilk matçında 5 qol vurdu

Türkiyə Superliqasının 11-ci turunda “Fənərbağça” səfərdə “Çorum FK” ilə qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, Emre Belözoğlunun rəhbərliyi altında ilk oyununa çıxan İstanbul təmsilçisi rəqibini 5:0 hesabı ilə darmadağın edib.

Bu qələbədən sonra “Fənərbağça” xallarının sayını 19-a çatdırıb.

Qeyd edək ki, Emre Belözoğlu bu mövsüm “Çorum FK”ni səfərdə iki fərqli komanda ilə məğlub edib. O, daha əvvəl “Kasımpaşa”nın baş məşqçisi olarkən də rəqibini 1:0 hesabı ilə üstələyib.

Beləliklə, Belözoğlu Türkiyə Superliqası tarixində “Fənərbağça”dakı növbəti dönəminə ən böyükhesablı qələbə ilə başlayan yerli baş məşqçi olub.







Türkiyə S.L.