- Türkiyə S.L.
- 22:14 08.11.2026
Türkiyə Superliqasının 11-ci turunda “Trabzonspor” səfərdə “Alanyaspor”la qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, Alanya Oba stadionunda keçirilən görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Trabzonspor”un qollarını Pina və Salah vurublar.
Bu qələbədən sonra xallarının sayını 25-ə çatdıran “Trabzonspor” turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. “Alanyaspor” isə ardıcıl dördüncü məğlubiyyətini alıb və 12 xalla kifayətlənib.