9 noyabr 2026. Bazar ertəsi

“Beşiktaş” “Gənclərbirliyi”ni darmadağın etdi


“Beşiktaş” “Gənclərbirliyi”ni darmadağın etdi

Türkiyə Super Liqasının 11-ci turunda “Beşiktaş” doğma meydanda “Gənclərbirliyi”ni qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, “Tüpraş” stadionunda keçirilən görüş İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

“Beşiktaş”ın qollarını 20-ci və 45-ci dəqiqələrdə Duşan Vlahoviç, 85-ci dəqiqədə isə Ernest Poku vurub. Komandanın hər üç qolunun məhsuldar ötürməsini Leandro Trossard edib.

Qonaqların heyətində Metehan Baltacı 22-ci dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Bu qələbədən sonra xallarını 22-yə çatdıran “Beşiktaş” milli fasilədən sonra “Konyaspor”un qonağı olacaq. 11 xalı olan “Gənclərbirliyi” isə fasilədən sonra “Qaziantep FK”ni qəbul edəcək.







Türkiyə S.L.