12 noyabr 2026. Cümə axşamı

Türkiyənin ən müasir stadionlarından biri istifadəyə hazırlaşır - 51 min azarkeş tutumuna malik olacaq


Türkiyənin ən müasir stadionlarından biri istifadəyə hazırlaşır  - 51 min azarkeş tutumuna malik olacaq

Türkiyənin paytaxtı Ankarada inşa edilən "Yeni Ankara" stadionunda tikinti işləri yekunlaşmaq üzrədir. 51 min tamaşaçı tutumuna malik arena futbol azarkeşlərini qəbul etməyə hazırlaşır.

90deqiqe.Az-ın məlumatına görə, 2018-ci ildə sökülən "19 Mayıs" stadionunun yerində inşa edilən arenanın ot örtüyünün salınması və qırmızı-ağ rəngli oturacaqların quraşdırılması başa çatıb. Hazırda son tamamlama işləri və stadionun ətrafındakı atletika qurğusunun tikintisi davam etdirilir.

Tribunlarda ağ oturacaqlarla “Türkiyə” sözü yazılıb. Müasir dam örtüyü və ətrafdakı idman infrastrukturu ilə seçilən stadionda UEFA-nın tələblərinin də yerinə yetirildiyi bildirilir. Arena Türkiyə Futbol Federasiyası və UEFA nümayəndələri tərəfindən yoxlanılıb.

Stadionun tikintisinə 2022-ci ilin iyununda başlanılıb. UEFA və FIFA standartlarına uyğun inşa edilən kompleks 166 min kvadratmetr ərazini əhatə edir. Stadionun 285 metrlik polad dam konstruksiyası dünyada bu göstəriciyə görə ən uzun layihələrdən biridir.

Ümumi tikinti sahəsi 207 928 kvadratmetr olan kompleksin damının 60 min kvadratmetrlik hissəsi xüsusi membranla örtülüb. Zəlzələyə davamlılıq və təhlükəsizlik məsələləri də layihələndirmə zamanı əsas prioritetlərdən olub.

Yeni arena yalnız futbol oyunları üçün nəzərdə tutulmayıb. Burada konfrans zalı, muzey, kafelər, mağazalar, tədris otaqları, emalatxanalar və məşq zalları fəaliyyət göstərəcək. Kompleksdə 15 idman növü üzrə məşğələlərin təşkili planlaşdırılır.

Stadionun ərazisində atletika və tennis qurğuları, eləcə də güləş, cüdo, karate, taekvondo, boks, oxatma, atıcılıq, qılıncoynatma, stolüstü tennis, kyorlinq, muay-tay və kikboksinq zalları yerləşəcək.

Arenanın nəqliyyat baxımından da əlverişli mövqedə olduğu bildirilir. Yaxınlıqdan sürətli qatar xətti, metro və şəhərətrafı dəmir yolu keçir. Həmçinin hava limanına gedən nəqliyyat vasitələrinin dayanacaqları kompleksin yaxınlığında yerləşir.

Qeyd edək ki, stadionun mətbuat tribunası 1 400 nəfərlik olacaq. Tribunalarla futbol meydançasının ot örtüyü arasında isə 6 metr məsafə nəzərdə tutulub. Layihə başa çatdıqdan sonra ko







Türkiyə S.L.