21 noyabr 2026. Şənbə

“Fənərbağça” səfərdə “Kocaelispor”la heç-heçə edib


“Fənərbağça” səfərdə “Kocaelispor”la heç-heçə edib

Türkiyə Super Liqasının XII turunda “Kocaelispor” və “Fənərbağça” komandaları üz-üzə gəliblər.

90deqiqe.Az-ın məlumatına görə, “Kocaeli” stadionunda keçirilən qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Qonaqların heyətində 61-ci dəqiqədə Milan Şkrinyar, 90+3-cü dəqiqədə isə Meyson Qrinvud fərqləniblər. Meydan sahiblərinin qollarını 71-ci dəqiqədə penaltidən Berkan Kutlu, 76-cı dəqiqədə isə Matey Maqlitsa vurub.

Bu nəticədən sonra hər iki komandanın xalları 20-yə çatıb. “Fənərbağça” liderdən 11 xal geri qalır.







Türkiyə S.L.