- Türkiyə S.L.
- 23:11 23.11.2026
Türkiyə Super Liqasının 12-ci turunun son matçında “Başakşəhər” doğma meydanda “Çorum FK”nı 4:2 hesabı ilə məğlub edib.
90deqiqe.Az-ın məlumatına görə, “Başakşəhər Fatih Terim” stadionunda keçirilən qarşılaşmada meydan sahibləri hesabda 0:2 geriyə düşsələr də, əzmkar qələbəyə seviniblər.
İstanbul təmsilçisinin heyətində Eldor Şomurodov 77-ci dəqiqədə, Bertuğ Yıldırım isə 82, 86 və 90+1-ci dəqiqələrdə fərqlənib. Qonaqların qollarını 29-cu dəqiqədə Xesus Ramirez, 68-ci dəqiqədə isə Ermin Mahmiç vurub.
Bu qələbədən sonra “Başakşəhər” xallarının sayını 20-yə çatdırıb. “Çorum FK” isə 16 xalla kifayətlənib.